Marneuli bazar ərazisi 15 illik istifadəyə verilib - meriya icarəyə götürənin necə seçildiyini ictimailəşdirmir
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneuli bazar ərazisimdə 90 kv.m sahənin niyə məhz Tornike Robalidzeyə icarəyə verilməsi ilə bağlı məlumatı ictimailəşdirmir.

Marneuli meriyası Marneuli bazar ərazisində 90 kv.m sahəni kiçik konstruksiyalar yaratmaq üçün 12 sentyabr tarixində Tornike Robalidzeyə verib. 12 sentyabr tarixində, Marneuli Bələdiyyə Məclisinin iclasında Amiran Qiorqadze bildirib ki, bazar ərazisinin istifadəyə verilməsinin məqsədi küçə ticarətinin azaldılması idi.

“Bildiyiniz kimi, bazar ərazisindən hamımız keçməli oluruq və orada vəziyyətin necə olduğunu görürük. Ona görə, düşünürük ki, hərəkət edilən hissənin yanında, mümkün olan yerdə bələdiyyə həmin sahəni icarəyə versin. Əlbəttə icarə haqqı ödənəndə buradan gəlirimiz olacaq. Vəziyyətin belə olmasına görə, məcburuq”, – Amiran Qiorqadze Bələdiyyə Məclisinin 12 sentyabr tarixində baş tutan iclasında bildirib.

“Marneuli” radiosu yerli özünüidarənin icarəyə götürən şəxs olaraq Tornike Robakidzeni necə seçdiyi ilə maraqlandı. Marneuli meriyası bizim suallarımıza cavab vermək üçün yazılı müraciət etməyimizi tələb edir. 20 sentyabr tarixində meriyaya məktub yazdıq. Məktubda icarəyə götürən şəxsin seçilməsi haqqında məlumat istəyirdik. Amma meriya hələ də bizə cavab verməyib.

“Marneuli bələdiyyəsinin yerli özünüidarəsi bazar ərazisində 90 kv.m sahəni vətəndaş Tornike Robakidzeyə 15 il müddətinə birbaşa istifadə qaydası ilə verib. Xahiş edirik, Marneuli bazar ərazisinin icarəyə verilməsi üçün Tornike Robakidzenin birbaşa qaydada necə seçilməsi haqqında məlumt verəsiniz. Xahiş edirik, Tornike Robakidzenin həmin ərazini icarəyə götürməsi ilə özünün müraciət edib etməməsini açıqlayın. Meriya seçim üçün müsabiqə elan etmişdimi? Əgər elan etmişdirsə hansı meyarlarla etmişdi?”, – “Marneuli” radiosu qeyd olunan tələblə, 20 sentyabr tarixində meriyaya müraciət edib.

Gürcüstan Ümumi İnzibati Məcəlləsinə görə, yerli özünüidarə təcili surətdə və ya əgər məlumat başqa hökumət qurumlarından, yaxud meriyanın nəzdnində fəaliyyət göstərən qeyri-kommersiya, MMC təşkilatlarda axtarılmalı olduğu halda 10 gün ərzində məlumat verməyə məcburdur. Marneuli meriyası “Marneuli” radiosuna hələ də məlumat verməyib.

Meriya Gürcüstanın Ümumi İnzibati Məcəlləsini pozub və 68 gün keçməsinə baxmayaraq, Marneuli bazar ərazisinin 15 illik icarəyə verilməsi üçün Tornike Robakidzenin necə seçilməsi ilə bağlı məlumat göndərmir.

Print Email
FaceBook Twitter Google