Marneulinin Uşaq Bağçaları Birliyi 7 bağçanın isidilməsi üçün 10 ton taxta materialı alacaq
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 10 ton taxta materialı (briket) almaq üçün 13 500 lari dəyərində tender elan edib.

Uşaq Bağçaları Birliyi materialı bələdiyyənin istilik sistemi olmayan bağçalarına verəcək. Marneulidə iki uşaq bağçasında və 5 məktəbə hazırlıq mərkəzində istilik sistemi yoxdur.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, briketlər qeyd olunan bağçalara veriləcək:
  • Marneulinin Xixani uşaq bağçası
  • Marneulinin Şaumyan uşaq bağçası
  • Marneulinin Dəmyə kənd Məktəbə Hazırlıq Mərkəzi
  • Marneulinin Ağməmmədli kənd Məktəbə Hazırlıq Mərkəzi
  • Marneulinin Keşəli kənd Məktəbə Hazırlıq Mərkəzi
  • Marneulinin Kirəç-Muğanlı kənd Məktəbə Hazırlıq Mərkəzi
  • Marneulinin Dəmyə-Görarxı kənd Məktəbə Hazırlıq Mərkəzi
Tender sənədlərinə görə, briket belə olmalıdır: Preslənmiş bioyanacaq, 100% təbii xammaldan hazırlanmış, heç bir əlavə olmamalıdır. Briketin uzunluğu ən az 30 sm, eni ən az 7 sm olmalıdır. Rütubət 6% -dən çox deyil; Yüksək istilik tutumu ilə seçilməlidir, istilik tutumu 4,5 - 5%, bağlama - suya davamlı polietilen bağlama ilə, bağlamanın çəkisi 10 kq-dan az olmamalıdır. Tədarük olunan mallar yaş və rütubətli olmamalıdır.

Marneuli Uşaq Bağçaları Birliyi isitmə materialı almaq üçün 22 noyabr tarixində elan edib. Təkliflərin qəbul müddəti 28-30 noyabrdır.

Tenderdə qalib gələn şirkət müqavilə bağladıqdan sonra 10 gün ərzində briketləri bağçalara təhvil verməlidir.

 

Print Email
FaceBook Twitter Google