Marneuli meriyası 238 ədəd bayraq alıb
Marneuli meriyası 9 973 lari dəyərində bayraq alıb. Yerli özünüidarə 238 ədəd bayrağı sadələşdirilmiş qaydada fərdi sahibkar Rahib Nəsibovdan alıb.

“Bildiyiniz kimi, Marneuli meriyası rəsmi səfərlərə ev sahibliyi edən zaman, protokola əsasən masaüstü, eləcə də mətbuat konfransı üçün bayraqlar lazım olur. Həmçinin, Marneuli miqyasında bələdiyyənin əmlakı olan stendlərə yerləşdiriləcək bayraqlara da ehtiyac var. Xahiş edirik, müvafiq xidmətə qeyd olunan məsələnin müzakirə edilməsini tapşırasınız ki, müvafiq tədbirlər həyata keçirilsin”, – izahatnamədə yazılıb.

Marneuli meriyası tərəfindən alınmış bayraqlar:
  • 15x22 sm İkitərəfli masaüstü bayraq -116 ədəd
  • 100x150 sm Daxili istifadə üçün ikitərəfli bayraq - 9 ədəd
  • 100x150 sm Xarici istifadə üçün bayraq - 10 ədəd
  • 130x200 sm Xarici istifadə üçün bayraq - 6 ədəd
  • 400x600 sm Xarici istifadə üçün bayraq - 3 ədəd
  • Gümüşü rəngli böyük bayraq stendi - 6 ədəd
  • Masaüstü stend 1-lik - 10 ədəd
  • Masaüstü stend 3-lük - 3 ədəd
  • 100x150sm EU parka bayraq - 75 ədəd
Tenderə əsasən, alınan bayraqlar 6 dekabr tarixindən 28 fevral tarixinə qədər meriyaya çatdırılmalıdır.

Print Email
FaceBook Twitter Google