Tsereteli kəndində 38 053 lariyə uşaq parkı və çardağın tikilməsi planlaşdırılır
Marneuli bələdiyyəsinin Tsereteli kəndində uşaq parkı və çardaq tikiləcək. İşlər kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək.

Marneuli meriyası əyləncə üçün məkanın yaradılmasına sadələşdirilmiş qaydada qərar verib və “Pila 2010” MMC ilə müqavilə bağlayıb. Şirkət Tsereteli kəndində işləri 38 053,41 lariyə həyata keçirəcək. Vəsaitin 50,6%-ni yerli özünüidarə büdcəsi, 49,4%-ni isə dövlət büdcəsi maliyyələşdirir.

Tsereteli kəndi. Parkın tikiləcəyi ərazinin olduğu yer.

Sadələşdirilmiş tenderə görə, ərazidə kauçuk piltələrin döşənməsi, uşaq atraksionlarının qurulması, stul və zibil qablarının yerləşdirilməsi nəzərdə tutulub.

“Atraksion ekoloji baxımdan təmiz materialdan hazırlanmış olmalıdır. Stulun konstruksiyası dəmirdən hazırlanmalı, antikorroziya məhlulu ilə təmizlənməli, yağlı boyalarla boyanmalıdır. Zibil qablarının bir qismi qaynaqla birləşdirilməlidir”, – tender haqqında məlumatda oxuyuruq.

Şirkət Tsereteli kəndində parkın salınması işlərini 180 günə başa çatdırmalıdır.

Print Email
FaceBook Twitter Google