Marneulidə “Regionlarda Həyata Keçiriləcək Layihələr Fondu”nun maliyyə dəstəyi ilə hansı layihələr həyata keçiriləcək?
Marneuli Bələdiyyə Məclisi Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan Marneulidə maliyyələşdiriləcək layihələrin siyahısını dəstəkləyib. 11 dekabr tarixində, Marneuli Bələdiyyə Məclisinin iclasında Regonal Layihələr Fondundan maliyyələşdiriləcək layihələr haqqında meriyanın İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdelani söhbət açıb.

“Bu il Regional Fonddan bizim bələdiyyənin limiti 9 574 528 lari təşkil edib. Buradan təxminən 1 600 000 lari dəyərində müvəqqəti layihələrimiz var və yeni layihələr üçün 8 000 000 lari dəyərində layihələr götürə bilərik”, – Beka Abdelani bildirib.

Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan Marneulidə maliyyələşdiriləcək layihələrin siyahısını - meriyanın İnsfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbərinin açıqlamasını sizə təqdim edirik:

Smeta sənədləri artıq tərtib edilmiş layihələr:
  • Qasımlı kəndində içməli su hovuzunun tikilməsi
“Qeyd olunan layihə kənd əhalisi tərəfindən tələb olunub. Çünki indiki mərhələdə mövcud hovuz tələbləri təmin etmir. Müvafiq olaraq, kənddə su ehtiyatını artırırıq və bu layihə Regional Fondun maliyyəsi ilə baş tutacaq, eləcə də yerli özünüidarədən də qarşılıqlı maliyyələşdirmə olacaq”, – Beka Abdelan bildirib.
  • Ambarovka kəndinin daxili yollarının bərpası
  • Dioqnisi kəndinin daxili yollarının bərpası
“Bildiyiniz kimi Dioqnisi kəndində içməli suyun bərpası işlərini bitirdik və daxili yollar tam sıradan çıxıb. Buradan irəli gələrək, kəndin daxili yolları tam bərpa olunacaq”.
  • Lejbəddin kəndinin daxili yollarının bərpası
  • Metsamula kəndinə gedən yolun bərpası
  • Kürtlər, Ağkörpü, Xocorni kəndlərində daxili yolların bərpası
  • Sadaxlı kəndində daxili yolların bərpası
“Eləcə də Sadaxlı kəndinin daxili yollarının bərpasında ikinci mərhələdəyik. Çünki ötən il 4 əsas küçənin bərpasını götürmüşdük və vəsaitlər kifayət etmədiyinə görə, birinci mərhələni 2023-cü ildə həyata keçirdik. İkinci mərhələ isə 2024-cü ildə Regional Fonddan həyata keçiriləcək”.
  • Sabirkənd daxili yollarının bərpası
“İçməli suyun bərpası başa çatmış bu məntəqələrdə artıq asfalt qatının çəkilməsi işlərinə başlaya bilərik. Bu hazır layihə idi və indiki mərhələdə yenə alınacaq layihələrimiz var. Tender artıq elan edilib və yaxın gələcəkdə layihə sənədlərini alacağıq”.

Smeta sənədləri tərtib olunacaq layihələr:
  • Tsereteli kəndində daxili yolların bərpası
  • Saimerlo kəndində daxili yolların bərpası
  • Qaçağan kəndində daxili yolların bərpası
  • Əzizkənddə daxili yolların bərpası
  • Təzəkənddə daxili yolların bərpası
  • Hacıisakənddə daxili yolların bərpası
  • Şulaveri, keçmiş Naxalovka küçəsində daxili yolların bərpası
  • Tamarisi kəndinə gedən yolun bərpası
Marneuli Bələdiyyə Məclisi Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan Marneulidə həyata keçiriləcək infrastruktur layihələrinin siyahısını dəstəkləyib.

Print Email
FaceBook Twitter Google