Yeni Düşüncə İnstitutu staj proqramına qəbul elan edir
Yeni Düşüncə İnstitutu staj proqramına qəbul elan edir. Qeyd olunan layihə Marneuli, Qardabani, Bolnisi və Dmanisidə yaşayan gənclər üçün nəzərdə tutulub.

Staj proqramının müddəti 6 aydır. Layihə 18-29 yaş aralığında olan və gürcü dilini danışıq səviyyəsində bilən gənclər üçündür.

Staj proqramına 4 bələdiyyədən (Marneuli, Qardabani, Bolnisi və Dmanisi) 10 iştirakçı seçiləcək. Seçilmiş gənclər sonrakı mərhələdə 1 aylıq təlim keçəcəklər.

Maraqlanan gənclər aşağıdakı linkdə verilmiş qeydiyyat formasını doldura bilərlər. Forma üçün LİNKƏ DAXİL OLUN.

Layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə “Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya” (LEAD) təşəbbüsü çərçivəsində həyata keçirilir.


Müəllif: Gülçin İsmayılova

Print Email
FaceBook Twitter Google