İkinci həftədir ki, Marneuli şəhərində bir neçə küçəyə içməli suyun
verilməsində məhdudiyyətlər yaranıb.
İndiki mərhələdə Rustaveli, Sulxan-Saba, Qamsaxurdiya və digər
küçələrə su verilmir.
Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən “Marneuli” radiosuna
bildiriblər ki, içməli suyun verilməsində məhdudiyyətə quyuların
sıradan çıxması səbəb olub.
Şirkətdən bildirirlər ki, quyuların təmiri artıq başa çatıb və
şəhərə sabahdan, 8 fevral tarixindən adi rejimdə su veriləcək.