Qəza səəbəbindən Marneuli və ətraf kəndlərə təbii qazın verilməsi
məhdudlaşdırılıb.
"Socar"-ın qaynar xəttindən "Marneuli" radiosuna bildirdilər ki,
saat 13:00-dan bərpa işlərinə başlanılacaq.
"Saat birdən bərpa işlərinə başlanılacaq. Marneuli
şəhərində, Tsereteli, Norqiuli, Saimerlo və Bəylər kəndlərində
qazın verilməsi məhdudlaşdırılıb. Qəza baş verib, şirkət əvvəlcədən
məhdudlaşdırmağı nəzərdə tutmamışdı".
Şirkətdən vətəndaşlara göndərilmiş mesajda qeyd olunub ki, saat
18:00-dan təbii qazın verilməsinə başlanılacaq və günün sonuna
qədər başa çatdırılacaq.
"Socar" qaz qurğuları və kranların bağlı saxlanılması ilə əlaqədar
əhaliyə xəbərdarlıq edib.