Dmanisidən Tbilisiyə bələdiyyə nəqliyyatı hərəkətə başlayacaq
12 fevral tarixindən Dmanisidən Tbilisiyə və əks istiqamətdə bələdiyyə nəqliyyatı hərəkət edəcək. Bu barədə məlumatı Dmanisi meriyası yayıb. Məlumata görə, gediş haqını kart vasitəsi ilə də ödəmək mümkün olacaq.

"Qomareti-Tbilisi istiqamətində bələdiyyə nəqliyyatı hərəkətə başlayacaq.

Bələdiyyə nəqliyyatında beş lari olan gedişhaqqını ödəmək üçün ödəniş kartı sistemi də istifadə olunacaq.

Gedişhaqqını həm TBC Bankın standart kartı, həm də qiyməti iki lari olan nəqliyyat kartı ilə ödəmək mümkün olacaq. Kartları TBC Bankın istənilən filialından ala bilərsiniz",
– Dmanisi meriyasının yaydığı məlumatda deyilir.

Avtobusun hərəkət cədvəli:
Dmanisi-Tbilisi
  • Saat 07:30-da Dmanisidən hərəkətə başlayacaq
  • Saat 09:30-da Tbilisidə yerləşən Ortacala avtovağzalında olacaq
Tbilisi-Dmanisi
  • Saat 14:00-da Tbilisidə yerləşən Ortacala avtovağzalından hərəkətə başlayacaq
  • Saat 16:00-da Dmanisidə olacaq
Qomareti-Tbilisi
  • Saat 08:30-da Qomaretidən hərəkətə başlayacaq
  • Saat 11:30-da Tbilisidə yerləşən Ortacala avtovağzalında olacaq
Tbilisi-Qomareti
  • Saat 16:00-da Tbilisidə yerləşən Ortacala avtovağzalından hərəkətə başlayacaq
  • Saat 19:00-da Qomaretidə olacaq
Print Email
FaceBook Twitter Google