Bu gün, 12 fevral tarixində Marneuli bələdiyyəsində kəndə dəstək
proqramı çərçivəsində kənd toplantılarına başlanılıb.
Ümumi toplantı bu gün Təzəkənddə də keçirilib.
Marneuli meriyasının nümayəndələri “Marneuli” radiosuna bildiriblər
ki, iclasın leqitimliyi üçün əhalinin yetərli sayda imzası
toplanıb.
Təzəkənd əhalisi toplantıda iki məsələni irəli sürüb. Onlardan biri
kənddə daxili yollara çınqıl tökülməsi, digəri isə küçə işıqlarının
qurulmasıdır.
Meriya ilə məsələnin müzakirəsi zamanı əhali kənddə yollara çınqıl
tökülməsini dəstəkləyiblər.
Təzəkənd üçün kəndə dəstək proqramı çərçivəsində 20 000 lari
ayrılıb.
Kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər bu gün, 12
fevral tarixində Algeti və Sabirkənddə də keçirilir.