Bu gün, 12 fevral tarixində Marneuli bələdiyyəsində kəndə dəstək
proqramı çərçivəsində kənd toplantılarına başlanılıb.
Saat 13:00-da Algeti kəndində kənd toplantısı baş tutub, ancaq
toplantıda yalnız kişilər iştirak ediblər.
Marneuli meriyasının nümayəndəsinin “Marneuli” radiosuna
bildirdiyinə görə, iclasın legitimliyi üçün kifayət edəcək sayda
imza toplanıb.
Algeti əhalisi kənd toplantısında küçə işıqlandırmasının
qurulmasını dəstəkləyib. Qeyd edək ki, 2023-cü ildə Algetdi əhalisi
bu il olduğu kimi kənddə küçə işıqlarının qurulmasını tələb
etmişdi. 2023-cü ildə kəndin bir hissəsində kəndə dəstək proqramı
çərçivəsində küçə işıqları qurulub.
İclasda küçə işıqları məsələsi ilə yanaşı içməli və suvarma suyu
problemləri də qaldırılıb. Sakinlər tramplilərin qoyulmasını tələb
ediblər. Bununla bağlı meriyanın nümayəndələri əhaliyə bildirib ki,
bu il kəndə dəstək proqramı çərçivəsində küçə işıqları qurulacaq.
Onlar üçün prioritet olan digər problemlərin həlli məqsədilə əhali
meriyaya müraciət etməlidir və onlara vəd veriblər ki, bu
problemlərin həllində də köməklik göstərəcəklər.
Algeti kəndi üçün kəndə dəstək proqramı çərçivəsində 20 000 lari
ayrılıb.
Kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər bu gün, 12
fevral tarixində Təzəkənd və Sabirkənddə də keçirilir.