Marneuli meri Kənan Ömərovun kəndində ümumi kənd toplantısı baş
tutub.
Sabirkənddə küçə işıqlarının qurulması və suvarma suyu borusunun
bərpası dəstəklənib.
Kənd toplantısı məktəb ərazisində baş tutub. Ötən il həmin kənddə
toplantı baş tutmamışdı. Çünki iclasda leqitimlik üçün müəyyən
edilmiş sayda adam iştirak etməmişdi.
Bu il kifayət qədər aktivlik var idi və müəllimlərin böyük qismi
imza atıb. Məktəb direktoru “Marneuli” radiosuna bildirib ki,
təhsil prosesinin gedişatında maneəçilik yaranmayıb.
Marneulidə kəndə dəstək proqramının həyata keçirilməsinə 12 fevral
tarixindən başlanılıb.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala
qədər keçiriləcək.
Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda
Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin syaına görə bölünüb. Hər kəndə ən az 10
000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.