21 fevral tarixində Marneulinin 10 kəndində toplantı keçiriləcək
21 fevral tarixində Marneulinin 10 kəndində kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər keçiriləcək. Kəndlərin siyahısını təqdim edirik:
  • Araflı kəndi – ictimai məktəbin ərazisi – saat 11:00
  • Axlımahmudlu kəndi – ictimai məktəbin ərazisi – saat 12:00
  • Yenikənd – ictimai məktəbin ərazisi – saat 13:00
  • Seyidqocalı kəndi – ictimai məktəbin ərazisi – saat 14:00
  • Tamarisi kəndi – Mədəniyyət Evinin ərazisi – saat 12:00
  • Hallavar kəndi – ictimai məktəbin ərazisi – saat 13:00
  • Yeni Dioqnisi kəndi – ictimai məktəbin ərazisi – saat 14:00
  • Qırıxlı kəndi – ictimai məktəbin ərazisi – saat 13:00
  • Yuxarı Qullar kəndi – ictimai məktəbin ərazisi – saat 11:00
  • Aşağı Qullar kəndi – ictimai məktəbin ərazisi – saat 12:00
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google