Marneulinin 8 küçəsində kanalların bərpa edilməsi üçün tenderə 84 886 lari əlavə olunub və tender üçüncü dəfə elan edilib
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 8 küçədə kanalların bərpası üçün üçüncü dəfə, artırılmış vəsaitlə tender elan edib.

Marneuli meriyası bələdiyyə ərazisində olan suvarma kanallarının bərpasını 387 655 lariyə planlaşdırırdı, ancaq yeni tenderdə vəsait 84 886 lari artırılıb.

Tsereteli kəndində (məktəb ərazisində), Marneuli şəhərinin Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze, 20 yanvar küçələrindəki suvarma kanallarının bərpasına 472 541 lari xərclənəcək.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi suvarma kanallarının bərpası üçün ilk tenderi 26 oktyabr tarixində elan edib. Tenderdə heç bir şirkət iştirak etməyib və buna görə də tender baş tutmayıb. Marneuli meriyası tenderi olduğu vəsaitlə, 5 dekabr tarixində ikinci dəfə elan edib, üçüncü tender isə 15 fevral tarixində elan olunub.

Maraqlanan namizədlər 6-11 mart tarixində öz təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 91 gün ərzində işləri yerinə yetirməli olacaq.

Print Email
FaceBook Twitter Google