Meriya müharibədə həlak olmuş qəhrəmanların analarını və həyat yoldaşlarını 3 mart münasibəti ilə təbrik edəcək
Marneuli bələdiyyə meriyası Gürcüstanın bütövlüyü uğrunda müharibədə həlak olmuş qəhrəmanların analarını və həyat yoldaşlarını 3 mart münasibəti ilə təbrik etmək üçün gül dəstəsi, hədiyyə səbətləri verəcək. Bələdiyyə artıq 8 hədiyyə səbətini sadələşdirilmiş qaydada alıb. Səbətə şirniyyat, şərab və meyvə şirəsi daxildir. Yerli özünüidarə səbətləri birbaşa qaydada “Marneuli Mall” MMC-dən alıb.

“Xatırladım ki, Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlar və onların adının yaşadılması üçün ailələrindəki xanımlara 8 ədəd hədiyyə səbətinin (Hazırlanması üçün material və yerində hədiyyənin bağlanma xidməti ilə birlikdə), 8 ədə şirniyyat dəstinin (müxtəlif növ), 8 ədəd təbii meyvə şirəsinin (1 litrli qablaşdırmada), 8 ədəd qırmızı şərabın (0,75 l. qablaşdırmada), 8 ədəd gül dəstəsinin alınmasını məqsədəuyğun hesab edirəm. Xahiş edirəm, müvafiq xidmətə alqı-satqılarla bağlı qanunvericiliklə nəzərdə tutulmş işləri həyata keçirmək tapşırığı verəsiniz”, – Meriyanın izahatnaməsində yazılıb.

Marneuli meriyasına hədiyyə səbətlərini almaq 280 lariyə başa gəlib. Bir səbətin dəyəri 35 laridir. Hələ ki, bələdiyyənin gül dəstələrinin alınmasına neçə lazri xərcləyəcəyi məlum deyil.

Print Email
FaceBook Twitter Google