Qiorqi Qaxaria - Gürcüstan yol nəqliyyat hadisələrində itirilən adamların sayına görə regionda və Avropada liderlik edir
Bütün tədqiqatlar göstərir ki, Gürcüstan yol nəqliyyat hadisələrində itirilən adamların bir milyon nəfərə düşən sayına görə regionda və Avropada liderdir – bu haqda Daxili İşlər naziri Qiorqi Qaxariya 2019-cu ilin fəaliyyət planı və “Daha çox həyat üçün” adlı sosial kampaniyanın təqdimatında bildirib. Qaxariyanın təqdimatda qeyd etdiyinə görə, yol nəqliyyat hadisələrinin əsas səbəbləri arasında bunlar yer alır: sürət həddinin aşılması, əks istiqamətdə hərəkət, yol işarələrinin tələblərinə riayət edilməməsi və sərxoşluq.

“Bütün tədqiqatlarla, hətta beynəlxalq təşkilatların apardığı araşdırmalarla da məlum olub ki, Gürcüstan yol nəqliyyat hadisələrində itirilən adamların bir milyon nəfərə düşən sayına görə regionda və Avropada liderdir.

Müvafiq olaraq, hamımız belə böyük itkinin konkret səbəbinin nə olduğunu başa düşməliyik. Biz burada hansısa müəssisənin yaxşı və ya pis çalışmasından danışmırıq, biz konkret səbəblərdən danışırıq. Bunlar sürət həddinin aşılması, əks istiqamətdə hərəkət, yol işarələrinin tələblərinə riayət edilməməsi və sərxoşluqdur.

Əlbəttə, hamımız yaxşı başa düşürük ki, bu cəmiyyətin ümumi problemidir və hamımız başa düşməliyik ki, komfort zonasından çıxmaq cəmiyyətin hər bir üzvünün öhdəliyidir, bizim yollarda olan problemləri real şəkildə dəyərləndirək. Heç bir idarə – DİN, Yol Departamenti, meriya, heç səhiyyə də bu problemi təkbaşına həll edə bilməz, çünki bu cəmiyyətin ümumi problemidir. Bu problemi tək götürməklə kömək etmək olmur, heç texniki baxışın düzgün fəaliyyət göstərməsi də həll edə bilməz”,
– Qiorqi Qaxaria bildirib.

Mənbə: İnterPressNews
Print