Xəbərlər
Salome Zurabişvili - Bu gün tarixi gündür, çünki 27 illik diplomatik münasibətlərdən sonra Kiprin prezidenti Gürcüstana gəlib
Bu gün tarixi gündür, çünki 27 illik diplomatik münasibətlərdən sonra Kiprin prezidenti Gürcüstana gəlib – bu haqda Gürcüstan prezidenti Salome Zurabişvili Kiprin prezidenti Nikos Anastasia ilə birgə baş tutan mətbuat konfransında bildirib.

Zurabişvili çıxışında Gürcüstan Kipr arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.

“Bu gün tarixi gündür, çünki 27 illik diplomatik münasibətlərdən sonra Kiprin prezidenti Gürcüstana gəlib. Bu yeni mərhələdir və bizim münasibətlərimizdə yeni addımdır. Bizim görüşümüz məhz iqtisadi, siyasi və başqa istiqamətlərdə əlaqələrimizin möhkəmləndirilməsinə həsr olunub. Çox vacibdir ki, dövlətlər arasında iqtisadi əlaqələr yüksək səviyyəyə qalxsın. Bunun üçün sabah biznes forum baş tutacaq. Artım üçün və yalnız turizm sahəsində deyil başqa çox sahələrdə, lap elə texnologiyalar istiqamətində böyük potensialımız var. Bu baxımdan Kipr Gürcüstana yardım edə bilər və təcrübəsin bizimlə bölüşər. Eləcə də biz Kiprin Gürcüstanın Avropa İttifaqına üzv olmağa inteqrasiyası yolunda göstərə biləcəyi köməklikdən də danışdıq” – Salome Zurabişvili bildirib.

FaceBook Twitter Google