Kipr Gürcüstanı təhlükəsiz ölkə olaraq
tanıyıb.
Bu
haqda Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanda səfərdə
olan Kipr prezidenti ilə birgə baş tutan mətbuat konfransında
bildirib.
Salome Zurabişvili Kiprli həmkarı ilə keçirilən görüşdə müzakirə
olunan məsələlərdən danışıb və qeyd edib ki, əsas müzakirə edilən
məsələlərdən biri miqrasiya olub.
“Miqrasiya haqqında danışdır. Bu bizim ən ciddi
istiqamətlərimizdən biridir və Avropa İttifaqı tərəfdaşlarının
tələbidir. Kipr tərəfi hazırdır ki, bu istiqamətdə bizim ölkələr
arasında razılaşma baş tutsun. Kiprin Gürcüstanın təhlükəsiz ölkə
olaraq tanıması xüsusi faktdır və bu haqda bu gün deyildi.
Ümumiyyətlə Gürücstanda daha çox Avropa, Avropada daha çox
Gürcüstan - yolunda Avropa İttifaqında əsas tərəfdaş kimi Kiprin öz
təcrübəsini bölüşməsi əhəmiyyətlidir” – Salome
Zurabişvili bildirib.