Giorgi Kobulia artıq İqtisadiyyat və Davamlı İnkişaf naziri deyil
Giorgi Kobulia artıq İqtisadiyyat və Davamlı İnkişaf naziri deyil.

Netgazeti-yə hökumət administrasiyasından verilən məlumata görə baş-nazir Mamuka Baxtadze Giorgi Kobulianın vəzifədən azad edilməsi haqqında sərəncamı imzalayıb.

Hökumət administrasiyasının mətbuat xidmətinin hələ ki, iqtisadiyyat naziri vəzifəsini kimin tutacağı haqqında məlumatı yoxdur.

Kobulia iqtisadiyyat naziri vəzifəsinə 2018-ci ilin iyulunda təyin olunub. O, son 18 il ərzində Beynəlxalq Amerika Təşkilatı Konsultasiya Şirkəti McKinsey& Company-ilə əməkdaşlıq edib. Kobulia şirkətin Moskva ofisində baş tərəfdaş vəzifəsini tuturmuş.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google