Giorgi Kobulia artıq İqtisadiyyat və Davamlı İnkişaf naziri deyil
14:29 / 19.04.2019
Giorgi Kobulia artıq İqtisadiyyat və Davamlı
İnkişaf naziri deyil.
Netgazeti-yə hökumət administrasiyasından verilən məlumata görə
baş-nazir Mamuka Baxtadze Giorgi Kobulianın vəzifədən azad edilməsi
haqqında sərəncamı imzalayıb.
Hökumət administrasiyasının mətbuat xidmətinin hələ ki,
iqtisadiyyat naziri vəzifəsini kimin tutacağı haqqında məlumatı
yoxdur.
Kobulia iqtisadiyyat naziri vəzifəsinə 2018-ci ilin iyulunda təyin
olunub. O, son 18 il ərzində Beynəlxalq Amerika Təşkilatı
Konsultasiya Şirkəti McKinsey& Company-ilə əməkdaşlıq edib. Kobulia
şirkətin Moskva ofisində baş tərəfdaş vəzifəsini tuturmuş.