VİDEO - Marneuli və Qardabaninin deputatları internet oyunlarla əylənirlər - Tv Pirvelinin obyektivinə Mirzəyev və Hacıyev tuş gəliblər
“Candy crush” və “Cooper cat” bu Marneuli və Qardabaninin parlament üzvləri Ruslan Hacıyev və Savalan Mirzəyevin parlamentin Ali Məhkəməsinin təşkil edilməsi məsələsinin müzakirəsi zamanı əyləndiyi oyunların adıdır.

Oyunu təsvir edən videonu TV Pirveli yayımlayıb. Görüntüdə deputatlar çıxış etmək əvəzinə oyun oynamağa üstünlük verirlər. Göründüyü kimi Marneuli və Qardabani deputatlarını müxtəlif oyunlar cəlb edib.

Mirzəyev “Candy crush”-la əylənir, Hacıyevi isə “Cooper cat” cəlb edir. Savalan Mirzəyev jurnalistlərin verdiyi suala cavab verib və deyib ki, işin gedişatını dinləyirmiş, ancaq oyunun applikasiyasını “telefon özü qurub”.



Hacıyev və Mirzıyev “səssiz deputatlar” siyahısında da yer alırlar. Onlar 2018-ci ildə parlamentdə heç bir təşəbbüs irəli sürməyiblər.

Print