Saakaşvili Ukraynaya daxil olması ilə bağlı qadağanın ləğv edilməsini tələb edib
Ukrayna prezident seçkilərində Vladimer Zelenskinin qələbəsindən sonra Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynaya müraciət edib və ölkəyə daxil olmaqla bağlı qadağanın ləğv edilməsini tələb edib.

Müvafiq məktubla o, Ukraynanın Təhlükəsizlik Xidmətinə və Sərhəd Xidmətinə mürciət edib.

“Ölkədə siyasi vəziyyətin dəyişməsindən dolayı sizə çağırışla müraciət edirəm ki, ölkəyə daxil olmaqla bağlı qadağanı ləğv edəsiniz və mənim partiyamla birgə fəaliyyətinizə davam edəsiniz” – Saakaşvili yazır.

Saakaşvili deyir ki, Ukrayna ona çox doğmadır və bu möhtəşəm ölkənin taleyi həll olan zaman kənarda qala bilməz.

Mənbə: Netgazeti
Print