Mixeil Saakaşvili – Poroşenko prezident olduğu müddətcə sərhəd xidmətindən başqa cavab gözləmirdim də - heç nə olmaz bir az yenə dözərəm
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna Sərhəd Xidmətinin bəyanatına rəy bildirib. Bəyanatda qeyd olunub ki, Mixei Saakaşvilinin Ukraynaya daxil olması 2021-ci ilə qədər qadağan olunub.

Xatırladaq ki, Ukraynanın prezident seçkilərinin ikinci turundan Vladimer Zelenski qalib gəldikdən sonra Mixeil Saakaşvili Ukraynaya qayıtması ilə bağlı hazır olduğunu bildirdi.

“Poroşenko prezident olduğu müddətcə Sərhəd Xidmətindən başqa cavab gözləmirdim də. Heç nə olmaz bu qədər gözləntidən sonra bir az yenə dözərəm”
– Mixeil Saakaşvili öz Facebook səhifəsində yazıb.

Dünən Ukrayna Sərhəd Xidmətindən bildiriblər ki, Ukraynaya qayıtması haqqında danışan Mixeil Saakaşvilinin ölkəyə qanuni şəkildə daxil olması üçün əsası yoxdur.

“2017-ci ilin sentyabrında o, Polşada dövlət sərhəddini qanunsuz keçib. Qeyd olunan yerli və appelasiya məhkəmələrinin hökmü təsdiqlənib. Törədilmiş
qanun pozuntusuna görə ona Ukraynaya daxil olmaqla bağlı 2021-ci ilə qədər məhdudiyyətlər təyin olunub” – bəyanatda bildirilir.

Mənbə: İnterPressNews
Print