Müxalifət prezidenti parlamentdə etirazla qarşılayıb
Gürcüstan parlamentində Avropa Şurasına üzvlüyün
20 illik yubileyinə həsr olunmuş təntənəli iclasda parlament
müxalifətinin bir hissəsi prezident Salome Zurabişvilini etirazla
qarşılayıb.
İclasda Avropa Şurasının Parlament
Assambleyasının (PACE) prezidenti Lilian Mori Paskie və Gürcüstanın
baş naziri Mamuka Baxtadze də iştirak edib.
Həmkarlarından fəqrli olaraq “Avropalı Gürcüstanın” və “Milli
Hərəkatın” deputatları iclas zalına daxil olan prezidenti ayaqda
alqışlarla qarşılamayıb.
“Salome Zurabişvili rezidensiyaya azad və demokratik
seçkilər nəticəsində daxil olmayıb. Çox ciddi səslərin alınması,
təsirlər baş verdi. Bu demokratiyanın geri çevrilməsi və eroziyası
idi. Bunu bütün beynəlxalq təşkilatlar qeyd edir və baş verənlər
bunun təsviri idi” – Serqo Ratiani bildirirb.