Xəbərlər
Mixeil Saakaşvili - mənim Gürcüstanda böyük planlarım var - ölkə xilas edilməlidir

Keçmiş prezident Mixeil Saakaşvilinin bəyanatına görə onun Gürcüstanda böyük planları var.

Bu haqda Saakaşvili Polşa telekanalı Белсат ТВ-nin Прасвет verlişinə verdiyi müsahibədə bildirib.

Onun qeyd etdiyinə görə Gürcüstan xilas edilməlidir və emiqrantlarla birgə başaldığı hərəkatla o, ölkənin inkişafını düzgün relslərə qaytarmağı planlaşdırır.

“Mənim Gürcüstanda böyük planlarım var. Gürücstan xilas olunmalıdır. Mən indi bütün dünyada gürcü emiqrantlarla konsultasiyalar aparıram. İrəlidə böyük tədbirimiz var və biz Gürcüstanın xilas etmə prosesinə başlayacağıq. Gürcüstan yenə inkişaf relslərinə qayıdacaq. İnanıram ki, Ukrayna bizim regionun uğurlu dövləti olacaq, amma eyni zamanda Gürcüstan da Ukrayna fonunda ən uğurlu ölkə olacaq. Gürücstan kiçikdir və onun düzgün inkişaf relslərinə keçirilməsi asandır. Gürücstan demokratik baxımdan Qafqazın Sinqapuru, Dubayı, Honkonqu olacaq. Ukraynanı öz evim hesab edirəm, amma Gürcüstanı xilas etmək mənim ilk məsələmdir. Bu demək deyil ki, Kievə getməyəcəm. Mən mütləq Ukraynaya gedəəcm, sonra isə Tbilisiyə” – Mixeil Saakaşvili bildirib.

Mənbə: İnterPressNews

 

FaceBook Twitter Google