Keçmiş prezident Mixeil Saakaşvilinin
bəyanatına görə onun Gürcüstanda böyük planları
var.
Bu
haqda Saakaşvili Polşa telekanalı Белсат ТВ-nin Прасвет verlişinə
verdiyi müsahibədə bildirib.
Onun qeyd etdiyinə görə Gürcüstan xilas edilməlidir və
emiqrantlarla birgə başaldığı hərəkatla o, ölkənin inkişafını
düzgün relslərə qaytarmağı planlaşdırır.
“Mənim Gürcüstanda böyük planlarım var. Gürücstan xilas
olunmalıdır. Mən indi bütün dünyada gürcü emiqrantlarla
konsultasiyalar aparıram. İrəlidə böyük tədbirimiz var və biz
Gürcüstanın xilas etmə prosesinə başlayacağıq. Gürcüstan yenə
inkişaf relslərinə qayıdacaq. İnanıram ki, Ukrayna bizim regionun
uğurlu dövləti olacaq, amma eyni zamanda Gürcüstan da Ukrayna
fonunda ən uğurlu ölkə olacaq. Gürücstan kiçikdir və onun düzgün
inkişaf relslərinə keçirilməsi asandır. Gürücstan demokratik
baxımdan Qafqazın Sinqapuru, Dubayı, Honkonqu olacaq. Ukraynanı öz
evim hesab edirəm, amma Gürcüstanı xilas etmək mənim ilk
məsələmdir. Bu demək deyil ki, Kievə getməyəcəm. Mən mütləq
Ukraynaya gedəəcm, sonra isə Tbilisiyə” – Mixeil
Saakaşvili bildirib.