Xəbərlər
Bu texniki köçürmə idi - Turnava VMH-a köçürülən 35 min lari haqqında

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib ki, “Milli Hərəkata” şəxsi pulunu ianə olaraq verməyib və şirkət onun hesabından köçürmə üçün istiafdə edib.


Söhbət 2017-ci ildə Turnavanın beynəlxalq energetika şirkətinin (GİG) baş direktoru olduğu zamandan gedir, o zaman iqtidar partiyasına o, 35 min lari köçürüb.

“Milli Hərəkata” ianə göstərənlərdən deyiləm. Mən öz pulumu Milli Hərəkata köçürməmişəm. Bu texniki köçürmə idi və o zaman şirkətdə çalışırdım. Bir neçə yüksək vəzifəli menecerin hesabından köçürmə üçün istifadə etdilər. Siz analzi edə bilərsiniz ki, o zaman niyə belə olurdu və bu nə ilə əlaqədar idi” – Turnava bildirib.

İqtisadiyyat naziri qüvvədə olan şəxslərdən Milli Hərəkata 2012-ci ildə məbləğ köçürən ilk adam deyil. Baş nazir Mamuka Baxtadze 2012-ci ilin 2 avqustunda Milli Hərəkata 20 000 lari ianə köçürüb. Baxtadze 2018-ci ilin 19 iyununda VMH-ın deputatı ilə görüşündə bildirib ki, öz məbləğini heç vaxt Milli Hərəkata köçürməyib. 2012-ci ilin avqustunda VMH-a onun adı ilə köçürülən 20 000 lari isə Baxtadzenin dediyinə görə ancaq texniki olaraq onun hesabından istifadə ediblər.

Mənbə: Netgazeti

 

FaceBook Twitter Google