Məni həbs edəcəklər? Etirazı həyat yoldaşım davam etdirəcək - Maçalikaşvili

Malxaz Maçalikaşvilinin bəyanatına görə, onun saxlanılması halında Pankisidə xüsusi əməliyyat zamanı öldürülən övladının işinin araşdırılması tələbi ilə etiraza onun həyat yoldaşı davam edəcək. Bu haqda o, “TV Pirvelinin” efirində bildirib.



“Politmetri” verlişinin aparıcısının “sizin bu qədər narahat olduğunuz iş hələ ki, cavabızdır, ancaq sizin ümidiniz var ki, məsələ Strasburqa gedəcək” replikasına Maçalikaşvili cavab verib:
“Mütləq, bununla bağlı iki fikir ola bilməz. (İş) Strasburqa gedəcək və hər şey aydınlaşdırılacaq. Burada mən çadırda dururam. Məni həbs edəcəklər? həyat yoldaşım Mediko Marqoşvili etirazı davam etdirəcək. Bu etiraz dövlətin “Bəli, biz etdik” deməsinə qədər dayanmayacaq.

Dünən, 7 mayda DTX gizli qeydlər yayımlayıb və bildirib ki, əhali üçün terror təhlükəsini aradan qaldırmaq məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Malxaz Maçalikaşvilinin terror aktı törətmək yolu ilə bir neçə şəxsin öldürülməsi haqqında məlumat aşkarlanıb.
DTX-nin sözlərinə görə məhz parlament binasının ətraf ərazisində aparılan gizli istintaq nəticəsində əldə olunan sübutlara əsasən məlum olub ki, Malxaz Maçalikaşvili terror aktı törətməyi planlaşdırıb.
Malxaz Maçalikaşvilinin sözlərinəg örə, yayımlanan qeyd uydurmadır və o, qohumu ilə bu məsələ haqqında danışmayıb.

Mənbə: Netgazeti

 

Print