Azərbaycan tərəfi sərhədçilərin
sayını 6 nəfərə kimi azaldıb – bu haqda İPN-ə Davit Qareci
monastırının Arximandrit Kirionu (Oniani) bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə monastırın ərazisində stabil
vəziyyətdir, ancaq problem yenə də var və onun həll olunması
vacibdir.
“
Azərbaycan tərəfi sərhədçiləri 6 nəfərə kimi azaldıb.
Bizim tərəfimizdən cəmi 6-8 sərhədçi var. İndiki mərhələdə stabil
vəziyyətdir. Əlbəttə problem həll olunmayıb və olunmalıdır. Bu
dövlət səviyyəsində komissiyalar arasında çalışmaqla həll
olunmalıdır. Bizim cəmiyyət də oyaq olmalıdır” – Kirion
bildirib.
Onun məlumatına görə monastın ərazisində hərəkət edən zaman nə
gürcülərə nə də xaricilərə maneçilik olmayacaq. O, həmçinin, qeyd
eidb ki, ibadət edənlər üçün 2007-ci ildə bağlanmış Çiçxituri
monastırına da giriş sərbəstdir.
“Hərəkət etmək aərbəstdir. İndiki mərhələdə Çiçxituri də açıqdır.
Onu 2007-ci ildə bağlamışdırlar. Hamı oraya çıxa və monastırı
nəzərdən keçirə bilər” – Kirion bildirib.