Davit Qareci monastırının Arximandriti – indiki mərhələdə vəziyyət stabildir, 2007-ci ildən bağlanan Çiçxituri monastırı da açılıb
Azərbaycan tərəfi sərhədçilərin sayını 6 nəfərə kimi azaldıb – bu haqda İPN-ə Davit Qareci monastırının Arximandrit Kirionu (Oniani) bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə monastırın ərazisində stabil vəziyyətdir, ancaq problem yenə də var və onun həll olunması vacibdir.

Azərbaycan tərəfi sərhədçiləri 6 nəfərə kimi azaldıb. Bizim tərəfimizdən cəmi 6-8 sərhədçi var. İndiki mərhələdə stabil vəziyyətdir. Əlbəttə problem həll olunmayıb və olunmalıdır. Bu dövlət səviyyəsində komissiyalar arasında çalışmaqla həll olunmalıdır. Bizim cəmiyyət də oyaq olmalıdır” – Kirion bildirib.

Onun məlumatına görə monastın ərazisində hərəkət edən zaman nə gürcülərə nə də xaricilərə maneçilik olmayacaq. O, həmçinin, qeyd eidb ki, ibadət edənlər üçün 2007-ci ildə bağlanmış Çiçxituri monastırına da giriş sərbəstdir.

“Hərəkət etmək aərbəstdir. İndiki mərhələdə Çiçxituri də açıqdır. Onu 2007-ci ildə bağlamışdırlar. Hamı oraya çıxa və monastırı nəzərdən keçirə bilər” – Kirion bildirib.

Mənbə: İnterPressNews
Print