Kaxa Kaladze jurnalistlərə - “Bəli, mən hesab edirəm ki, həqiqətən də seçkilərin alınması idi. Bidzina İvanişvilinin həyata keçirdiyi bütün xeyriyyə tədbirlərinin hamısı seçkilərin alınması idi”
“Gənc Hüquqşünaslar Assosiasiyası” tərəfindən yayımlanan tədqiqatda keçmiş baş-nazir tərəfindən seçkilərin “alınması” ilə bağlı söhbət gedir və Tbilisinin meri buna rəy bildirib.

Bu məsələ ilə bağlı jurnalistlərin verdiyi suala Kaxa Kaladze ironiya ilə cavab verib: “Bidzina İvanişvilinin həyata keçirdiyi bütün xeyriyyə tədbirləri seçkilərin alınması idi”.

“Bəli, mən hesab edirəm ki, həqiqətən də seçkilərin alınması idi. Bidzina İvanişvilinin həyata keçirdiyi bütün xeyriyyə tədbirlərinin hamısı seçkilərin alınması idi. Düşünürəm ki, Bidzina İvanişvilinin bütün həyatı boyunca etdiyi xeyriyyə tədbirlərinin hamısı partiyanın alqı-satqısı idi” – Kaxa Kaladze bildirib.

“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın seçki məlumat bülletenində 2019-cu ilin 19 mayında aralıq/növbədən kənar seçkilərin monitorinqinin nəticələri təqdim olunub və orada “Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən seçicilərin gümnla alınması haqqında söhbət aparılır.

SAİA-nın yayımladığı materialda “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili tərəfindən seçicinin alınması ilə bağlı ehtimal olunan hallar ayrılıb. Konkret olaraq,oxşar fakt kimi SAİA İvanişvili tərəfindən 11 apreldə Patriarxa “Kartu” Fondu tərəfindən Sameba kilsəsinin boyamasının tam maliyyələşdirilməsi faktını hesab edib.

QHT ikinci belə hal olaraq İvanişvili tərəfindən 29 martda Xibula kəndində yerli əhaliyə qazla təmin olunma və su probleminin həll olunması vədinin verilməsini qeyd edib.

Mənbə: İnterPressNews
Print