Birləşmiş Müxalifətin nümayəndəsi “Gürcü
Arzusunu” və DİN-nin vəzifəli şəxslərini Zuqdididə seçiciləri
almaqda ittiham edir. Onun sözlərinə görə, partiya nümayəndələri
Zuqdidi sakinlərinə təsir göstərir, bəzi hallarda hədələmə yolu ilə
də cəhd göstərirlər. “Gürcü arzusundan” isə ittihaın yalan olduğunu
deyirlər.
Seçicilərin alınması ilə bağlı məlumatı bu gün, 13 mayda baş tutan
brifinqdə “Milli Hərəkatın” nümayəndəsi Levan Xabeişvili
səsləndirib. Xabeişvilinin sözlərinə görə “Gürcü arzusu” Zuqdididə
seçkiləri uduzur və buna görə də “panikaya” düşüb.
“Bidzina İvanişvili, “Gürcü Arzusu” panika qorxusuna düşüblər.
Çünki onlar Zuqdididə seçkilər uduzurlar. DİN, cənab Qaxaria,
“Gürcü Arzusu” Zuqdididə əməliyyat aparırlar. Bu halda yüksək
vəzifəli şəxsləri Zuqdidiyə ezamiyyətə göndəriblər ki, kokret
adamlardan şəxsiyyət vəsiqələrini toplasınlar ki, onlar seçkiyə
gedə bilməsin və öz istəklərini göstərməsinlər, istədikləri
namizədə səs verməsinlər. Buna yüksək vəzifəli şəxslər qoşulub” –
Xabeişvili deyir.
Brifinq müddətində Xabeişvili bir neçə yüksək vəzifəlinin adını
qeyd edib, onlar arasında DİN-nin maliyyə polisi və təmizləmə
xidmətinin nümayəndələri də var. O, açıqlama verib ki, yuxarıda
qeyd olunan şəxslər əməkdaşları ya qorxudurlar ya şəxsiyyət
vəsiqəsini alırlar yaxud da səsləri almağa çalışırlar.
DİN-dən hələ ki, müsahibə vermirlər.
“Gürcü arzusundan” isə partiya nümayəndəsi İrakli Çikoani deyir ki,
Xabeişvilinin və başqa müxaifət üzvlərinin ittihamı yalandır.
“Reallıq tam başqadır. “Gürcü arzusu” kampaniyanı məqsədyönlü
şəkildə aparır ki, Zuqdidi sakinlərinə Qeqa Şenqelianı seçmək hansı
faydanı verəcək. Əsassız ittihamlara gəldikdə isə deyim ki,
bunların hamısı yalandır.
Bu adamlar dəfələrlə yanlış məlumat yaymaqda qeydə alınıblar və guy
ki, gərgin fon yaradırlar. (seçicini alma) faktı ilə bağlı hansısa
sübut varsa hüquq mühafizəçilərinə müraciət etsinlər və sizi əmin
edirəm ki, biz bu adamların dediklərini Zuqdidi sakinlərinə qarşı
edə bilmərik”- Çikovani deyir.