“Gürcü Arzusunu” Zuqdididə seçililəri almaqda ittiham edirlər, partiyadan isə bunu “yalan” adlandırırlar

Birləşmiş Müxalifətin nümayəndəsi “Gürcü Arzusunu” və DİN-nin vəzifəli şəxslərini Zuqdididə seçiciləri almaqda ittiham edir. Onun sözlərinə görə, partiya nümayəndələri Zuqdidi sakinlərinə təsir göstərir, bəzi hallarda hədələmə yolu ilə də cəhd göstərirlər. “Gürcü arzusundan” isə ittihaın yalan olduğunu deyirlər.



Seçicilərin alınması ilə bağlı məlumatı bu gün, 13 mayda baş tutan brifinqdə “Milli Hərəkatın” nümayəndəsi Levan Xabeişvili səsləndirib. Xabeişvilinin sözlərinə görə “Gürcü arzusu” Zuqdididə seçkiləri uduzur və buna görə də “panikaya” düşüb.

“Bidzina İvanişvili, “Gürcü Arzusu” panika qorxusuna düşüblər. Çünki onlar Zuqdididə seçkilər uduzurlar. DİN, cənab Qaxaria, “Gürcü Arzusu” Zuqdididə əməliyyat aparırlar. Bu halda yüksək vəzifəli şəxsləri Zuqdidiyə ezamiyyətə göndəriblər ki, kokret adamlardan şəxsiyyət vəsiqələrini toplasınlar ki, onlar seçkiyə gedə bilməsin və öz istəklərini göstərməsinlər, istədikləri namizədə səs verməsinlər. Buna yüksək vəzifəli şəxslər qoşulub” – Xabeişvili deyir.

Brifinq müddətində Xabeişvili bir neçə yüksək vəzifəlinin adını qeyd edib, onlar arasında DİN-nin maliyyə polisi və təmizləmə xidmətinin nümayəndələri də var. O, açıqlama verib ki, yuxarıda qeyd olunan şəxslər əməkdaşları ya qorxudurlar ya şəxsiyyət vəsiqəsini alırlar yaxud da səsləri almağa çalışırlar.
DİN-dən hələ ki, müsahibə vermirlər.

“Gürcü arzusundan” isə partiya nümayəndəsi İrakli Çikoani deyir ki, Xabeişvilinin və başqa müxaifət üzvlərinin ittihamı yalandır.
“Reallıq tam başqadır. “Gürcü arzusu” kampaniyanı məqsədyönlü şəkildə aparır ki, Zuqdidi sakinlərinə Qeqa Şenqelianı seçmək hansı faydanı verəcək. Əsassız ittihamlara gəldikdə isə deyim ki, bunların hamısı yalandır.

Bu adamlar dəfələrlə yanlış məlumat yaymaqda qeydə alınıblar və guy ki, gərgin fon yaradırlar. (seçicini alma) faktı ilə bağlı hansısa sübut varsa hüquq mühafizəçilərinə müraciət etsinlər və sizi əmin edirəm ki, biz bu adamların dediklərini Zuqdidi sakinlərinə qarşı edə bilmərik”- Çikovani deyir.

Mənbə: İnterPressNews

 

Print