სიახლე
Rulovsun müsahibəsi zamanı Zuqdididə hadisə baş verib - DİN istintaqa başlayıb

Zuqdididə, Dadianilər İqamətgahı parkından Sandra Rulovs müsahibə verdiyi zaman hadisə baş verib. Rulovs “Odişi” tele kanalına müsahibə verirmiş. Kanalın bəyanatına görə hadisə Zuqdidinin tarixi muzeyinin həyətində baş verib. Həmin vaxt “Odişi” kanalının “Lustrasiya” verlişinin qeyd prosesi aparılırmış və Rulovsla yanaşı başqa şəxslər də orada iştirak edirlərmiş.


Tele şirkətin yayımladığı kadrlardan görünür ki, aqressiv əhval-ruhiyyəli şəxslər tele şirkətin nümayəndələri ilə qarşıdurmaya çıxıblar, fiziki və şifahi təhqirlər edirlər və çəkilişə imkan vermirlər. Kadrlardan eləcə də görünür ki, bir nəfər VMH-ın üzvü Nika Vaçeişvilini necə vurur. Rulovsun ətrafındakı üzvlər qeyd olunan adamları “DTX-nın adamları adlandırırlar”. Aqressiv əhval-ruhiyyəli şəxslər bildirirlər ki, qarşıdurma söyüşə görə baş verib.

“Odişi telekanalı bildirir ki, bir neçə adam qışqıraraq ə təhqiredici sözlərlər Sandra Rulovsa, verlişin aparıcısına, journalist və operatorlara müraciət edirdilər. Fiziki təhqir də qeydə alınıb.

Baş verənlə bağlı istintaq zorakılıq maddəsi ilə (CM-nin 126-cı maddəsi) aparılır.





nbə: Netgazeti

 

FaceBook Twitter Google