"Anons edilən əmək haqqının artması müəllimlərin təqribən 10%-ə aid olacaq" - Ratiani

“Avropalı Gürcüstanın” liderlərindən biri Serqo ratiani bildirir ki, təhsil naziri tərəfindən anons edilən maaşın artımı yalnız 5 869 müəllimə aiddir. Bu isə müəllimlərin ümumi sayının 10%-ni təşkil edir.


“Təşəbbüs həyata keçirilən halda isə 57,527 pedaqoqdan anons olunan maaşın artması 5869 müəllimə aid olacaq. Bu isə ümumi müəllim sayının 10%-ni təşkil edir.

Bir neçə ildir bütün görüşlərdə, həmçinin, yeni hökumətin bütün təqdimatları zamanı, hökmət tərkibini çağırıram ki, təhsil sisteminin vacib problemləri ilə maraqlansınlar. Statusu olan pedaqoqların əmək haqqının qüvvədə olan qaydası hakimiyyət tərəfindən ədalətsiz hərəkətdir.

Bununla faktiki olaraq statuslu pedaqoqdan dövlət maaşın əlavəsini alır” – Serqo Ratiani bildirir.
13 mayda Təhsil naziri Mixeil Batiaşvili “Təhsilin geniş reforması” mərhələsindən danışıb. O, bu məsələ ilə bağlı fövqəladə brifinq keçirib və bildirib ki, məktəblərdə təhsilin keyfiyyətinin artması məqsədi ilə Təhsil Nazirliyi ümum təhsil istiqamətindən dəyişikliklərin növbəti mərhələsinə başlayır.

“Reforma çərçivəsində 2019-cu ilin sentyabrından baş, aparıcı və ya mentor statusu olan bütün müəllimlərin maaşı 150 lari və daha çox artacaq. Maaşın artması hər il davam edəcək və 2022-ci ildə pedaqoqun orta maaşı 1500 lari və daha çox olacaq.

Maaş artımı eləcə də resurs mərkəzlərə, məktəb direktorlarına və administrasiya əməkdaşlarına da aid olacaq” – nazir bildirib.
Onun sözlərinə görə 2019-cu ilin yayında minimal kompetensiyalarını təsdiqləyən və statuslarını qaldıran təcrübəçi müəllimlər, eləcə də yeni tədris ili başlayanda, 2019-cu ilin sentyabrından artmış maaş alacaqlar.

Mənbə: Netgazeti

 

Print