DİN aksiya iştirakçılarına xəbərdarlıq edir ki, parlament ərazisini tərk etsinlər
Gürcüstanın DİN bəyanat yayımlayıb. Nazirlik Parlament qarşısında toplaşmış aksiya iştirakçılarını polisə tabe olmağa və parlamentin ətraf ərazisini tərk etməyə çağırıb.

DİN-dən bildirirlər ki, əks halda polis qanunla müəyyən edilmiş ölçülər götürəcək:

“DİN parlament qarşısında toplaşmış aksiya iştirakçılarını qanun pozuntusunu dərhal dayandırmağa, təxribatlara uymamağa, polisin tələbinə tabe olmağa və parlament ərazisini tərk etməyə çağırıb. Əks halda polis qanunla nəzərdə tutulmuş ölçülər götürəcək” – nazirliyin yayımladığı bəyanatda deyilir.

Parlament qarşısına toplaşanlar bir neçə vəzifəli şəxsin istefasını tələb edirlər və parlament binasına girməyə cəhd ediblər.

Bu dəqiqələrdə fəallarla polis arasında qarşıdurma gedir. Yerində xüsusi təyinatlılar toplaşıb.

“VMH” və “Avropalı Gürcüstanın” liderləri – Nika Melia, Qriqol Vaşadze və Qiqi Uqulava bir neçə saat əvvəl deyiblər ki, əgər parlament sədri İrakli Kobaxidze, Daxili İşlər Naziri Qaxariya və DTX-nın rəhbəri Avxtanq Qomelauri yaxın saatlarda vəzifələrini tərk edəcəklər, onlar parlament binasını sakit şəkildə tutacaqlar.

İrakli Kobaxidze rəsmi səfərdədir və İmedi tele şirkətinə canlı bağlantısı zamanı bildirib ki, istefa etməyi planlaşdırmır.

Belə ki, müxalifət liderləri tələb edirlər ki, vaxtından əvvəl proporsional sistemlə parlament seçkiləri təyin olunsun. Hazırkı göstəricilərlər proporsional sistemlə seçki 2024-cü ildə olmalıdır.

Axşam parlament qarşısında aksiya Rusiyanın Düma deputatı Sergey Qavrilova görə baş verən hadisələrlə bağlı başladı. Rustaveli prospekti nümayişlərə görə bağlıdır.

Mənbə: Netgazeti
Print