Xəngəl hazırlanan məkanlar pilmen məkanı adlandırılsın - Rusiyada yeni təşəbbüs
Rusiyanın Kommunist partiyası Rusiyada bütün xəngəl bişən məkanların pilmen məkanı adlandırılması təşəbbüsü ilə “Rospotrebnadzor”-a müraciət edib.

Partiya sədri Yaroslav Sidorov bildirib ki, “Gürcüstanda yaradılan isteriyadan sonra ən ağır cavab ölçüləri götürülməlidir”. Onun sözlərinə görə “rus cəmiyyətindı Gürcüstana qarşı son illərdə müəyyən liberal yanaşma yaranır”.
“Gürcüstanda istirahət etməyi təklif edirlər, hər yerdə gürcü mətbəxidir. Bu siyasi baxımdan düzgün deyil. Bu Rusiyanın səviyyəsini aşağı endirir. Tüpürürlər biz isə təmizləyirik”.

Müvafiq olaraq kommunist partiyası ölkəyə bütün xəngəl hazırlanan məkanların pilmen məkanı olaraq adlandırılmasını təklif edib.
Sidorovun bəyanatına görə dəyişikliklər “Xaçapuriyə” də aid olacaq.

“Bu adi rus “pışka”sı və qutabdır. Xaçapuriyə də hər yerdə “Pışka” yazmalıyıq”.
Partiya ümid edir ki, onların təşəbbüsü həyata keçiriləcək.

Rusiyanın iqtidar partiyası “Yeganə Rusiya” qanunvericilik orqanına Gürcüstandan şərab və mineral suyun qadağan olunması təşəbbüsünü irəli sürür.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google