Meriyaya “İmedinin” süjetinə düzəliş etmək niyə
lazım olub?
Marneulili fəal Ravil Məmmədov Marneuli meriyasının rəsmi
“Facebook” səhifəsində yayımlanan paylaşımda kiçik qeyri-dəqiqlik
aşkarlayıb.
“İmedi” telekanalında Algeti kəndində aparılan infrastruktur
layihəsi haqqında süjet efirə gedib. Aparıcı xəbərlərdə mətni
oxuyur və deyir k, Algeti Şərabçılıq Təsərrüfatı məntəqəsində yol
infrastrukturu qaydaya salınır və bunun üçün yerli büdcədən 4 000
000 lariyə qədər vəsait xərclənib.
21:18 წუთზე იმედის საინფორმაციო გამოშვებაში
მარნეულის სოფელ ალგეთში
ღვინის მეურნეობის დასახლებაში მიმდინარე გზის დაგების შესახებ
იფნორმაცია.
“İmedi”-də efirə getmiş materialın 21:18-ci dəqiqəsində Marneuli
bələdiyyəsi Algeti Şərabçılıq Təsərrüfatı kəndində davam edən yolun
bərpası işlərindən söhbət açılır.
Həmin süjet Marneuli meriyasının “Facebook” səhifəsində kiçik
hissəsi kəsilmiş vəziyyətdə paylaşılıb. Aparıcının mətnində “dörd
milyona qədər lari” ifadısi, “milyona qədər lari” ilə əvəz
edilib.
Bu məsələni fəal Meriya tərəfindən məbləğlərin gizlədilməsi ilə
əlaqələndirir.
Məsələni aydınlaşdırmaq üçün biz Marneuli meriyasının İctimaiyyətlə
Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze ilə əlaqə saxladıq. O, bu
məsələnin texniki səhv olduğunu dedi və bildirdi ki, “İmedi”
televiziyasına press-relizi özləri göndəriblər.
Mətndə isə dörd milyon lari səhv qeyd olunub. Meriya “İmedi”
televiziyasının süjetini paylaşmağa yenə də qərar verib, ancaq
səhvi özləri düzəldiblər.
Algeti Şərabçılıq Təsərrüfatının yolunun bərpası üçün isə meriya
380 000 lariyə yaxın vəsait ayırıb.
Məlumatı dəqiqləşdirildikdən sonra montaj edilmiş süjet Marneuli
meriyasının “Facebook” səhifəsindən silinib.