Məhbusları əfv etdiyinə görə prezident sorğu olunacaq ya yox?
“Beynəlxalq Şəffaflıq – Gürcüstanın” icraçı
direktoru, Eka Qiqauri hesab edir ki, məhkumların əfv edilməsi
faktı üzrə başlamış istintaq çərçivəsində Gürcüstan prezidenti
sorğu olunmalıdır. Əks təqdirdə istintaqın formal forması
olacaq.
Eka Qiqaurinin sözlərinə görə, minə qədər insandan 30 nəfərin
işinin hansı prinsiplə seçildiyi ilə bağlı bu günə qədər bəyanat
verilməyib.
Bununla yanaşı Qiqaurinin deyir ki, əfv prezidentin hüququdur,
lakin korrupsiya riskləri istisna olunmalıdır.
Gürcüstan Baş Prokurorluğu Salome Zurabişvili tərəfindən məhkumun
əfvi faktı üzrə istintaqa başlayıb.