Xəbərlər
"Ümid edirəm ki, Zalkaliani və Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin həlli üçün faydalı olacaq" - Giorgi Qaxaria
"Ümid edirəm ki, Zalkaliani və Lavrovun görüşü Gürcüstan və Rusiya arasındaki ağır problemlərin həlli üçün yararlı olacaq" – bu barədə baş nazir Giorgi Qaxaria Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani və Sergey Lavrovun görüşündən əvvəl bəyanat verdi.

“Əlbəttə ki, problemlərin həlli üçün yeganə yol beynəlxalq qaydalar, beynəlxalq qanunvericilik və partnyorlarımızla sıx əməkdaşlıqdır. Bu görüş də bu əhval-ruhiyyə ilə keçirilir” – Giorgi Qaxaria dedi.

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdü.

Onun sözlərinə görə, bu görüş Rusiyaya deyəcəklərimizi birbaşa çatdırmanın yeganə yoludur.

Mənbə: Birinci Kanal
FaceBook Twitter Google