Həmrəylik və dəstəyi üçün hamıya təşəkkür edirəm - Eka Beselia
“Dəstək üçün hamıya təşəkkür edirəm”, – bu
bəyanatı Eka Beselia “Facebook” sosial şəbəkəsində
yayımlayıb.
“Belə zamanlarda hər birinizin prinsipiallığı, dəstəyi
və cəsarəti zorakılıq və ədalətsizliyin qarşısını almaq üçün
gücdür. Haqlı olduğunuz halda heç vaxt qorxmayın”, –
Beselianın bəyanatında deyilir.
26 sentyabrda Parlamentdə, Hüquq Komitəsinin iclasında Ali
Məhkəmənin hakimliyinə namizəd Miranda İremadzeni dinləyərkən
müstəqil deputat Eka Beselia “Gürcü Arzusunun” üzvü Vano
Zardiaşvilini vurub. Beselianın bu hərəkətinə Zardiaşvilinin
replikaları səbəb olub və bu zaman o, “Beselianın mənəviyyatını”
mənfi kontekstdə xatırlayıb.
“Qadın hərəkatı” bu gün Eka Beseliaya həmrəylik əlaməti olaraq
aksiya keçirib.