Həmrəylik və dəstəyi üçün hamıya təşəkkür edirəm - Eka Beselia
“Dəstək üçün hamıya təşəkkür edirəm”, – bu bəyanatı Eka Beselia “Facebook” sosial şəbəkəsində yayımlayıb.

“Belə zamanlarda hər birinizin prinsipiallığı, dəstəyi və cəsarəti zorakılıq və ədalətsizliyin qarşısını almaq üçün gücdür. Haqlı olduğunuz halda heç vaxt qorxmayın”, – Beselianın bəyanatında deyilir.

26 sentyabrda Parlamentdə, Hüquq Komitəsinin iclasında Ali Məhkəmənin hakimliyinə namizəd Miranda İremadzeni dinləyərkən müstəqil deputat Eka Beselia “Gürcü Arzusunun” üzvü Vano Zardiaşvilini vurub. Beselianın bu hərəkətinə Zardiaşvilinin replikaları səbəb olub və bu zaman o, “Beselianın mənəviyyatını” mənfi kontekstdə xatırlayıb.

“Qadın hərəkatı” bu gün Eka Beseliaya həmrəylik əlaməti olaraq aksiya keçirib.

Mənbə: Netgazeti
Print