Bidzina İvanişvili regionlarda "Gürcü Arzusu"nun fəalları ilə görüşəcək
“Gürcü Arzusunun” mətbuat xidmətinin bəyanatına
görə, Bidzina İvanişvili partiyanın regional təşkilatlarında
fəallarla görüşlərə başlayıb.
“Netgazeti” “Gürcü Arzusunun” sədrinin əhali ilə də
görüşüb-görüşməyəcəyi ilə maraqlanıb və partiyadan bildiriblər ki,
hələlik qeyd olunan formatda görüşlər keçirilməyəcək.
Cari ilin iyulunda Bidzina İvanişvili mətbuatla söhbəti zamanı qeyd
etmişdi ki, sentyabrdan partiya əhali ilə daha çox ünsiyyət
quracaq:
“İctimaiyyətlə daha çox ünsiyyətimiz olmalıdır. Hələ
ictimai olaraq elan etməmişik, amma xatırladım ki, artıq fəallıq
“Gürcü Arzusu” hakimiyyətindən, Parlamentdən, Bələdiyyə
Məclislərindən bütün regionlara çıxıb. Əhali ilə daha çox görüşlər
keçirəcəyik, ictimaiyyətlə infrastruktur layihələri ilə bağlı daha
çox söhbətlərimiz olacaq, yeni büdcə ilə onları tanış
edəcəyik”, – Bidzina İvanişvili deyir.
Partiya fəalları ilə görüşlər çərçivəsində İvanişvili ilk işgüzar
görüşünü Quriya regional təşkilatlarının fəalları ilə
keçirəcək.