Xəbərlər
İlham Əliyev - "Gürcüstan bizim üçün ən yaxın dost, qonşu və tərəfdaşdır"
“Hörmətli baş nazir, siz dəfələrlə Azərbaycanda olubsunuz və sizinlə keçirilən görüşlərimizin hər birini müsbət xatırlayıram. Sevinirəm ki, baş nazir qismində ilk səfəriniz Azərbaycana oldu. Bu onun sübutudur ki, Gürcüstan və Azərbaycan yaxın dost, qonşu və tərəfdaşdır.
Bizi tariximiz və coğrafiyamız birləşdirir. Bir-birimizin ərazi bötüvlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlatlar çərçivəsində də əməkdaşlıq edirik. Sevinirəm ki, Azərbaycan Gürcüstanda ən böyük sərmayədarlardan biridir. Xalqlarımız arasındaki səmimi dostluğun isə xüsusi əhəmiyyəti var. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bu dostluğun möhkəmlənməsində böyük rol oynayırlar” – bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri ilə görüş zamanı dedi.

Gürcüstanın baş naziri Qiorqi Qaxaria bu gün baş nazir qismində ilk dəfə rəsmi səfərlə Azərbayacana getdi.

Azərbaycan prezidenti Gürcüstanın baş nazirini “Zaqulba” sarayında qarşıladı.

Baş nazirin Azərbaycana səfəri və görüşü haqqında məlumatı baş nazirin mətbuat xidməti yayır.

Q.Qaxaria  Azərbaycan prezidentinə səmimi qarşılandığına görə təşəkkür etdi.




Mənbə: Birinci Kanal
FaceBook Twitter Google