Mixeil Batiaşvili vəzifəsini tərk edir
Mixeil Batiaşvili Gürcüstanın Təhsil, Elm,
Mədəniyyət və İdman naziri vəzifəsini tərk edir. Bu haqda
Gürcüstanın Baş naziei Qiorqi Qaxaria hökumət iclasında
bildirib.
Onun sözlərinə görə, Mixeil Batiaşvili vəzifəsini öz ərizəsi
əsasında tərk edir.
“Sizinlə birgə qeyd etmək istədiyim məsələlərdən biri
həmkarlarımızıdan birinin, Mixeil Batiaşvilinin öz ərizəsi əsasında
Təhsil, İdman və Mədəniyyət naziri vəzifəsini tərk etmək xahişidir.
Əlbəttə, biz ilk növbədə sərf etdiyi əmək, təhsil sisteminin
davamlı islahatı kimi vacib islahat və əlbəttə son illər ərzində
idmanda, mədəniyyət istiqamətində əldə etdiyimiz uğurlar üçün cənab
Mixeilə təşəkkür etməliyik” – Qiorqi Qaxaria bildirib.
Onun sözlərinə görə, təhsil islahatına daha sürətli və səmərəli
inkişaf lazımdır.
“Bundan əlavə bizim hamımızın birmənalı şəkildə qəbul etdiyimiz,
ölkəmizin ən vacib probleminin iş yerlərinin olmaması, təhsil və
təhlükəsizlik olması prinsipini qeyd etmək istəyirəm. Biz bu üç
istiqamətə biz daha çox diqqət ayıracağıq. Xüsusən də daha sürətli
və səmərəli inkişaf tələb edən təhsil sisteminin islahatına diqqət
ayıracağıq və mən əminəm ki, bu gün Təhsil Nazirliyinə rəhbərlik
edən həmkarlar, komanda bu istiqamətdə öz əməklərini sərf etməyə
davam edəcəklər”- Qiorqi Qaxaria bildirib.
Gürcüstanın Baş naziri Mixeil Batiaşvilini kimin əvəz edəcəyini
qeyd etməyib.