Xəbərlər
Proporsional sistemin gözlənilmədən dayandırılması etimadsızlığı artırdı - ABŞ və Avropa İttifaqı səfirlikləri
Baş verən hadisələrlə bağlı Amerika səfirliyi və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi bəyanat yayımlayıb.
Bəyanatda qeyd olunur ki, proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin qəbul edilməməsi hakimiyyət və müxalifət arasında etimadsızlığa səbəb oldu. Buna görə də diplomatik missiyalar hər iki tərəfi dialoqa çağırır. Belə ki, ABŞ səfirliyi və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi tərəfləri ölkənin maraqları yönündə hərəkət etməyə çağırıb.

“Amerika Birləşmiş Ştatlarının səfiri və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Parlamentin 2020-ci ildə seçkilərin tam proporsional sistemə keçidi üçün lazımı Konstitusiya dəyişikliklərini qəbul etməməsinə görə gürcü ictimaiyyətinə öz dərin təssüfünü bildirir. Proporsional seçki sisteminə keçidin sürətləndirilməsi ilə bağlı yayda qəbul edilmiş qərar Gürcüstan demokratiyası baxımından atılan vacib addım kimi qiymətləndirildi və bununla yanaşı siyasi konsensus və bütün tərəflərin bu məqsədə nail olmaq üçün birgə çalışmaq öhdəliyi də var idi. Keçən cümə axşamı bu prosesin gözlənilmədən dayandırılması etimadzsılığı artırdı və hakim partiya ilə digər siyasi partiyalar və ictimaiyyət arasında gərginliyə səbəb oldu.

Bugünkü vəziyyəti nəzərə alaraq hesab edirik ki, hökumət, bütün siyasi partiyalar və ictimaiyyət arasında etimadın bərpa edilməsi və hörmətə əsaslanan dialoq vasitəsilə uyğun olan yolun tapılması üçün dərhal fəaliyyətə başlamaq lazımdır.
Biz dinc yolla toplanmaq hüququ və ifadə azadlığını dəstəkləyirik. Bu hüququ həyata keçirən bütün tərəfləri qanunu qorumağa və Konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq.

Bütün tərəfləri ölkənin maraqları istiqamətində hərəkət etməyə çağırırıq”- bəyanatda deyilir.

Mənbə: Netgazeti
FaceBook Twitter Google