Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/19/b7756cb2c13cf8c8fd32a7f27242f69c.jpg" not exists.

Marneulinin proporsional qanun layihəsini qəbul etməyən majoritar deputatı Parlamentə gedə bilər

2020-ci ildə proporsional sistemlə seçkilərin keçirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı neytral qalan Marneulinin majoritar deputatı Tamaz Naveriani deyir ki, ola bilsin bu gün Parlamentə getsin.

Tamaz Naverianinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, o, Parlament qarşısında cərəyan edən hadisələrə görə öz üzərində məsuliyyət görmür və bildirir ki, proporsional seçkiləri əhalinin xahişinə görə dəstəkləməyib.

“Mən bələdiyyədə açıq formatda görüşlər keçirdim və bütün görüşlərdə əhali bu problemi qeyd edirdi ki, biz majoritar deputat istəyirik”, – Tamaz Naveriani deyir və qeyd edir ki, qərar qəbul olunan zaman o, tam müstəqil olub.

Marneulili deputat eləcə də qeyd edir ki, o, 20-21 iyun aksiyasına çıxmış əhaliyə proporsional seçkilərlə bağlı vəd verməyib.

“Bu həqiqətən də ölkənin inkişafına mane olan, yaxud hansısa problem və ya riskin yaranmasına səbəb olacaq mövzu olardısa necə səs verərdim, amma bu elə də böyük fəlakət deyil. Seçkilər 2024-cü ilə keçir, sadəcə 4 il vaxtı uzanıb”.

Tamaz Naveriani radio ilə söhbətində qeyd edib ki, onun gələn seçkilərdə iştirak edib etməyəcəyi haqda danışmaq hələ tezdir və o, bildirir ki, bu komandanın, yəni “Gürcü Arzusu”nun qərarı olacaq.

Xatırladaq ki, ötən gün, 17 noyabrda, mülki fəallar və müxalifət partiyalarının liderləri Parlamentin bütün girişlərini bağlayıblar. Parlamentin bağlanması hələ də davam edir, artıq iki deputatın qanunverici orqana girməsinə icazə verilməyib.

Parlamentin qarşısında aksiyalar 14 noyabrda verilmiş qərara görə keçirilir. “Gürcü Arzusu” 20-21 iyunda verilmiş vədi yerinə yetirməyib və 2020-ci ildə seçkilərin proporsional sistemlə keçirilməsini dəstəkləməyib.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google