“Majoritarlarımız olması üçün 30 nəfər də kifayətdir”, – Tamaz Naveriani Parlament seçkiləri ilə bağlı dəyişikliklər barədə
2020-ci ilin Parlament seçkiləri yenidən
qarışıq qaydada, amma dəyişik majoritar və proporsional deputat
sayı ilə keçiriləcək.
120/30 – müxalifət və iqtidar partiyasının razılığı ilə
proporsional və majoritar qaydadad seçilmiş deputatların sayı belə
bölünüb.
Marneulinin majoritar deputatı Tamaz Naveriani “Marneuli” radiosu
ilə söhbətində deyir ki, qeyd olunan sistemlə hər iki tərəf
məqsədinə nail olub.
“Majoritarlarımız olması üçün 30 nəfər də
kifayətdir”, – Tamaz Naveriani deyir.
2016-cı ildə keçirilmiş Parlament seçkiləri zamanı Marneuli iki
majoritar dairəyə bölünmüşdü. Yeni sistemlə isə Marneulidə yalnız
bir majoritar dairə olacaq.
Tamaz Naverianinin sözlərinə görə, hələ ki, “Gürcü Arzusundan”
Marneuli majoritar dairəsində kimin namizədliyinin veriləcəyi məlum
deyil.
“Mən əminəm ki, Gürcü Arzusu hökumətin formalaşması
problemi olmaması üçün yetərli səs toplayacaq. Ancaq koalisiya
yaratmaq lazım olarsa, biz müxtəlif partiyalarla danışacağıq,
yaşayıb görərik”, – Tamaz Naveriani deyir.
Marneulinin majoritar deputatı onu da qeyd edir ki, partiyada
2020-ci il Parlament seçkilərində Marneulidən majoritar namizədin
müəyyənləşdirilməsi ilə bağlı danışıqlara yaxın gələcəkdə
başlanılacaq.
Marneulinin daha bir majoritar deputatı Ruslan Hacıyev “Marneuli”
radiosunun zənglərinə hələ ki cavab vermir.