“Təxminən proporsional sistem kimidir”, – Azər Süleymanov Parlament seçkiləri ilə bağlı dəyişikliklər barədə
“Təxminən proporsional sistem kimidir. 120 proporsional, 30 isə majoritar olacaq. Uzun danışıqlardan sonra müxalifət və iqtidar arasında razılaşma əldə olundu, ancaq indi hökumət bu təşəbbüsü Parlamentə təqdim etməlidir. Yalnız bundan sonra biz rejimə qarşı etirazı dayandıracağıq və Parlamentə qayıdacağıq”, – Vahid Milli Hərəkat Partiyasının Marneulili deputatı Azər Süleymanov 2020-ci il Parlament seçkiləri ilə bağlı qəbul olunan dəyişiklikləri belə qiymətləndirir.

Süleymanov “Marneuli” radiosu ilə söhbətində bildirir ki, bu gün, 9 mart tarixində iqtidar partiyası 2020-ci ilin seçkiləri ilə bağlı dəyişiklikləri Parlamentdə qeydiyyatdan keçirməlidir ki, sonra da VMH etiraz rejimini dayandırsın və yenidən Parlamentə qayıtsın.

Marneulili deputat bizimlə söhbəti zamanı bildirdi ki, hələ Vahid Milli Hərəkatda Marneulidən majoritar deputatlığa kimin namizədliyinin irəli sürüləcəyi məlum deyil.

Xatırladaq ki, 2016-cı ildə keçirilən Parlament seçkiləri zamanı Marneuli iki majoritar dairəyə bölünmüşdü. Yeni sistemlə isə Marneulidə yalnız bir majoritar dairə olacaq.

2020-ci il Parlament seçkiləri yenidən qarışıq qaydada, amma dəyişik majoritar və proporsional deputat sayı ilə keçiriləcək.

120/30 – müxalifət və iqtidar partiyasının razılığı ilə proporsional və majoritar qaydadad seçilmiş deputatların sayı belə bölünüb.

Print Email
FaceBook Twitter Google