Hökumət vətəndaşların bir qisminin kommunal xərclərini 3 ay ərzində ödəyəcək

Hökumətin qərarı ilə 200 kvt/saatdan az elektrik enerjisi və 200 kub metrdən az təbii qaz istifadə edən abonentlərin kommunal xərcləri 3 ay ərzində tam maliyyələşdiriləcək



Hökumət ay ərzində 200 kvt/saatdan az elektrik enerjisi və 200 kub metrdən az təbii qaz istifadə edən abonentlərin borclarını 3 ay ərzində – mart, aprel və may aylarında ödəmək barədə qərar qəbul edib. Bu barədə məlumatı Gürcüstanın Baş naziri Qiorqi Qaxaria koronavirusla bağlı fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının iclasında bildirib.

Hökumət başçısının bildirdiyinə görə, bura su və tullantılar üçün olan borclar da daxildir.

“Bura tullantılar və su üçün olan borclar da daxildir. Bu yardım bütün vətəndaşlara yönəlib. Hökumət olaraq belə qərar qəbul etdik və başa düşürük ki, bu kifayət deyil. Əlbəttə, biz başa düşürük ki, işini itirən bütün vətəndaşları müəyyənləşdirməliyik və bundan sonra onlara birbaşa yardım üçün xüsusi tədbirlərimiz olacaq”, – Baş nazir bildirib.


Mənbə: Birinci Kanal

 

Print